Amerikalı aparıcı Larri Kinq 87 yaşında dünyasını dəyişib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aparıcı ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.
Bir müddət əvvəl onun koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Larri Kinq 1985-2010-cu illərdə müəllifi olduğu "Larry King Live" şousunun aparıcısı olub.
Bizim.Media