“Rusiyada daxili səfərbərlik aparılır. Məqsəd Ukraynaya qarşı müharibədə işğalçı qüvvələrin bölmələrini artırmaqdır”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam yekununda yer alıb.
Mənbə yazır ki, Rusiya Ukraynaya müharibəyə göndərmək üçün insan resursları çatışmazlığı ilə üzləşib. Buna görə də işğalçılar bölmələri doldurmaq üçün hiylələrə əl atırlar:
“Rusiya Federasiyasının Kursk və Nijni Novqorod vilayətlərində, xüsusən “Atomoxrana” təşkilatının əməkdaşlarını guya mühüm obyektlərin mühafizəsində çalışmaq üçün bir həftəlik atıcılıq kursuna gətirirlər və dərhal da döyüş bölgəsinə göndərirlər”.
Ruslar işğal etdikləri ərazilərdə, xüəsasən Luqansk vilayətində “könüllülər” axtarışına çıxıb.
Bizim.Media