Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanmış pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın mühərriki inteqrasiyadan sonra uğurla sınaqdan keçirilib.
Bizim.Media şirkətin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, sınaqlar 17 sentyabrda baş tutub.
Qeyd edək ki, “Kızılelma”nın ilk uçuşu 2023-cü il üçün planlaşdırılır.
Bizim.Media