ABŞ-ın yeni prezidenti Co Baydenin xanımı Cill Bayden andiçmə mərasimində qarajda yatan mühafizə xidmətinin əsgərlərindən üzr istəyib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, birinci ledi peçenye gətirərək onlara təşəkkür edib.
ABŞ prezidenti Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyi təmin etmək üçün 25 min mühafizəçi xidmət göstərib.
Qalmağa yer çatmadığı üçün bəzi əsgərlər qarajda yatıb. Bu məsələ ölkədə gündəm olub.
Vüqar Ağamalıoğlu, Bizim.Media