Rusiyada son bir gündə daha 20 921 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 696 273 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 68 971-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 109 315 nəfər sağalıb.
Bizim.Media