Amerika Birləşmiş Ştatlarında oynanılan "Mega Millions" lotoreya şirkəti 1 milyard dollarlıq uduşlu lotoreyanın ABŞ-ın Miçiqan ştatında satıldığını bəyan edib.
Bizim.Media "CNN"ə istinadən xəbər verir ki, “4-26-42-50-60” nömrəli xoşbəxt biletin sahibi hələ də ortaya çıxmayıb.
Qeyd edək ki, bu, "Mega Millions" tarixində ən yüksək məbləğdə uduş sahibi olan 3-cü lotoreya bileti olub.
Vüqar Ağamalıoğlu, Bizim.Media