Avstraliya və Yeni Zelandiyada III Karl rəsmən kral elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Avstraliyanın ABC Yayım Korporasiyasının məlumatına görə, general-qubernator Devid Harli kral III Karlı rəsmən Avstraliyanın hökmdarı elan edib.
Onun bəyanatında qeyd olunur ki, Kraliça II Yelizavetanın ölümündən sonra tac tamamilə və haqlı olaraq Şahzadə Çarlza keçib.
Yeni Zelandiyanın RNZ ictimai radio şirkəti bildirir ki, Çarlzın Yeni Zelandiyanın kralı kimi rəsmi elan edilməsi ölkə parlamentində baş tutub.
“Yeni Zelandiyalıların böyük əksəriyyəti üçün Yelizaveta tanıdığımız yeganə monarxdır. Onun ölümündən sonra isə biz yeni dəyişiklik dövrünə qədəm qoyuruq”, deyə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib.
Bizim.Media