Avropa İttifaqı avqustda Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanın saxlanılan 5 ermənini vasitəçisiz təhvil verməsini alqışlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.
“Bu, cəmiyyətlər arasında ehtiyac duyulan etimadın yaradılması istiqamətində mühüm addımdır. Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında əlaqələrin normallaşması üçün fəal şəkildə işləməyə davam edir”,- deyə Stano bildirib.
Bizim.Media