Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.
Bizim.Media “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova özünün “facebook” hesabında paylaşım edib.
“Kupyansk Ukraynadır. Yaşasın Ukrayna Ordusu!”,-o, paylaşımda qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 2 500 kvadrat kilometrə yaxın ərazini azad etdiyi barədə məlumat verilmişdi.
Bizim.Media