Bir “Twitter” istifadəçisi 7 ay öncədən Böyük Britaniya Kraliçası II Elizabetin ölüm tarixini təxmin edib.
Bizim.Media xəbər verir ki, “aidemleoxide” adlı istifadəçi 4 fevralda yazdığı tvitində “Kraliça II Elizabet 8 sentyabr 2022-ci il tarixində öləcək” – deyə qeyd edib.
Sözügedən şəxsin tviti qısa müddət ərzində dünya miqyasında gündəm olub. Lakin bu, sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, istifadəçilərin bəziləri onu öncəgörücü adlandırsa da, bəziləri isə bunun müasir texnologiya vasitəsilə edildiyini irəli sürüb.
“Twitter” istifadəçisi ötən gecə daha iki tvit atıb.
İlk tvitində “Mən nə peyğəmbər, nə Tanrı, nə də robotam. Mən sadəcə fantastik texnologiyaya sahib insanam” – deyə qeyd edən şəxs ikinci tvitində “18 noyabr 2022-ci ildə ABŞ-ın keçmiş prezidentinə təsir edəcək əhəmiyyətli elan yayımlanacaq” yazıb.
Bizim.Media


