Yanvarın 24-dən etibarən Avropa Birliyi ölkələrindən Fransaya gələnlərdən 72 saat ərzində əldə edilmiş neqativ koronavirus testi tələb olunacaq.
Bizim.Media “İHA”ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi ölkələrinin rəsmiləri ilə telefonla danışığında pandemiya ilə mübarizə aparmaq üçün Fransaya gələnlərdən COVİD-19 neqativ testi tələb edəcəklərini açıqlayıb.
Qeyd edək ki, bu test AB üzvü olmayan ölkələrdən də tələb olunacaq.
Vüqar Ağamalıoğlu, Bizim.Media