Rusiyanın tanınmış televiziya aparıcısı və yazıçı Aleksandr Qordon koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı REN TV yayıb.
Mənbə yazır ki, 56 yaşlı yazıçı özünü pis hiss edib və Moskva xəstəxanalarından birinə aparılıb.
O, koronavirus testindən keçib və müsbət cavab alıb, amma güman ki, ilkin müalicəsini ev şəraitində alacaq.
Rusiyada son günlər koronavirusa daha 21 887 nəfər yoluxub. Xəstələnənlərin ümumi sayı 3,65 milyon nəfəri ötüb. 3,05 milyon insan sağalıb, (üstəgəl son sutka ərzində 26,9 min), 67,8 min nəfər (son gündə 612 nəfər) ölüb.
Bizim.Media