“Google” axtarış sisteminin Avstraliyada fəaliyyəti dayandırla bilər. Buna səbəb ölkədə yeni qaydaların tətbiqidir.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, “Google” yeni qaydalara görə məlumatlarını dövlət saytları ilə paylaşmalıdır.
Şirkət isə Avstraliya hökümətinin bu tələbi ilə razılaşmayıb və axtarış sistemini ölkədə deaktivləşdirməklə hədələyib.
Ölkənin Baş naziri Skot Morison bildirib ki, “Google”un bu hədəsi bəhrə verməyəcək.
Platformanın Avstraliya üzrə rəhbəri Mel Silva isə hökumətin yeni qanununu reallıqdan uzaq adlandırıb.
Qeyd edək ki, yeni qanuna görə “Google”, “Facebook” və digərləri ölkədə fəaliyyət göstərmək üçün məlumatları dövlətlə paylaşmalıdır.
Vüqar Ağamalıoğlu, Bizim.Media