ABŞ Konqresinin Senatında baş Respublikaçı Mitç Makkonnell Ağ Evi tərk etmiş ABŞ-ın 45-ci prezidenti Donald Trampın impiçment prosedurunun başlanmasını təxirə salmaq təklifi ilə çıxış etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” nəşri Respublikaçılar Partiyasındakı üç mənbəyinə istinadən yayıb.
İddiaya görə, Makkonnell Trampın komandasına kömək etməyə və hüquqşünaslara bu prosesə hazırlıq üçün daha çox vaxt verməyə çalışır.
Bizim.Media