Rusiya ilə yaxın əlaləriylə tanınan Almaniyanın keçmiş kansleri Gerhard Şröder Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın hərbi yolla ələ keçirilməsi ilə bağlı açıqlamalarının mənasız olduğunu düşünür.
Bizim.Media “kommersant” nəşrinə istinadən xəbər verir ki, sabiq kansler Krıma sahib olmaq məsələsinin zaman alacağını bildirib.
Onun sözlərinə görə, bu bir neçə onilliklər ala bilər:
“Əgər həqiqətən aktual problemləri təhlil etsəniz, onların həlli yolu olduğu aydın olar. Əvvəla, bu, Krımdır. Prezident Zelenskinin onu hərbi yolla geri qaytara biləcəyi fikri məntiqli deyil”.
Keçmiş kansler əlavə edib ki, Krım məsələsi Honq-Konqda olduğu kimi 99 ildə deyil, gələcək nəslin fəaliyyət ilə həll oluna bilər.
Bizim.Media