Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.
Bizim.Media xəbər verir ki, “Birlik” Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə sosial şəbəkə hesabında həmin şəxsin kimliyini açıqlayıb:
“Bu gün Xerson istiqamətində daha bir soydaşımız şəhid olub. Nikolayevdəki diaspor fəalı Zaur Agabəyovdan aldığımız məlumata görə, Ukraynanın azadlığı uğrunda canından keçən qəhrəman Əliyev Rüstəm Ramazan oğludur", - deyə A.Ağazadə bildirib.
Bizim.Media
