ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən Ukraynaya silah və yardım üçün 11,7 milyard dollar istəmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.
“Prezident Co Bayden açıq şəkildə bildirib ki, ABŞ Ukrayna xalqını dəstəkləməyə davam edəcək. Bu vədi yerinə yetirmək və təcili ehtiyacları ödəmək üçün Konqresdən 2023-cü maliyyə ilinin birinci rübündə 11,7 milyard tələb etdik", - deyə məlumatda vurğulanıb.
Bundan əlavə, Ağ Ev ABŞ-da yanacaq qiymətlərini aşağı salmaq üçün 2 milyard dollar istəyib.
Bizim.Media