İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Bağdad Əməliyyatlar Komandanlığı məlumat yayıb.
Açıqlamada Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib. İlkin məlumatlara görə, 10 nəfər ölüb, 20 nəfər isə yaralanıb.Terrorun İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.
Bizim.Media