26 aya inşa edilən və 1912-ci ilin 14 aprel tarixində “bir göz qırpında” dərin, buz kimi sulara qərq olan, dillərdə əzbər olan əfsanəvi “Titanik” gəmisinin yeni videosu yayılıb.
Bizim.Media xəbər verir ki, nəhəngin indiyə kimi görülmüş ən yüksək keyfiyyətli “8k” ölçüdə görüntüləri “YouTube” video platformasının “OceanGate Expeditions” kanalında təqdim edilib.
Videoda “Titanik”in Atlantik okeanında batdıqdan 110 il sonrakı qalıqlarını detallı şəkildə görmək olar.
Həmin kadrları sizə təqdim edirik.
Rəşad Əliyev, Bizim.Media