“Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini nümunə götürərək “TikTok” və digər sosial şəbəkələrdə hesab açmağı planlaşdırmır”.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistin “Putin sosial şəbəkələrdə hesab açmaqla bağlı fikrə yenidən baxmağı planlaşdırırmı?” sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Berluskoni TikTok sosial şəbəkəsində profil açıb, ilk videosunda gənclərə müraciət edib.
Bizim.Media