Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin missiyasından olan ekspertlər Zaporojye AES-də qalacaq.
Bizim.Media "kommersant.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq qurumlardakı səfiri yerli mətbuata açıqlamsında bildirib.
Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin iki müfəttişi Zaporojye AES-də daimi olaraq qalacaq.
Qeyd edək ki, MAQATE missiyası hazırda mart ayından Rusiya qüvvələrinin nəzarətində olan Avropanın ən böyük nüvə obyekti olan zavoddadır.
Bizim.Media