“Rusiya Silahlı Qüvvələrinin 48.700-ə yaxın hərbçisi məhv edilib".
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Rusiyanın digər döyüş itkiləri 2 009 tank, 4 366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 853 PUA, 198 qanadlı raket, 15 gəmi, 3 247 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir" - deyə məlumatda qeyd edilib.
Bizim.Media