Türkiyə Futbol Federasiyasının (TFF) binasına hücum etməkdə şübhəli bilinən 2 nəfər polis tərəfindən saxlanılıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Suleyman Soylu bildirib.
Nazir vurğulayıb ki, araşdırma zamanı sözügedən şəxslərin sərxoş olduğu müəyyən edilib.
Qeyd edək ki, bu gün axşam saatlarında TFF binasına odlu silahdan 7 dəfə atəşə açılıb.
Bizim.Media