Rusiyada əsgər yoldaşlarını güllələməkdə təqsirli bilinən hərbçi Ramil Şamsutdinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, o, cəzasını sərt rejimli koloniyada çəkəcək.
Şamsutdinov 25 oktyabr 2019-cu il tarixində qaravul növbəsini təhvil verərəkən atəş açıb. Nəticədə səkkiz nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
Bu hərəkətini hərbi hissədəki "dedovşina" və zorakılıqla izah edib. O, günahını etiraf edib, psixoloji-psixiatrik ekspertiza hər hansı bir qəribə davranış aşkarlamayıb.
Bizim.Media