Türkiyənin Sivas vilayətində mikroavtobus yük maşını ilə toqquşub.
Bizim.Media xəbər verir ki, qəza yerli vaxtla saat 00:30 radələrində Kangal rayonunda baş verib.
Hadisə yerinə polis, jandarmeriya əməkdaşları, yanğınsöndürən və təcili yardım briqadaları göndərilib.
İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Bizim.Media