Böyük Britaniya kraliçası II Yelizaveta növbəti Baş naziri Londonda yox, Şotlandiyadakı iqamətgahı Balmoraldada təyin edəcək.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, qəbulun Balmoraldada keçirilməsinin səbəbi kraliçənin səhhəti ilə bağlıdır.
Qeyd edək ki, 96 yaşlı kraliça 70 illik hakimiyyəti dövründə Britaniya hökumətinin yeni başçılarını Bukingem sarayında təyin edərək qəbul edib.
Bizim.Media