İranda zibil qutusundan tullantılar yığan azyaşlı iş qəzasında ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azad İran teleqram kanalında məlumat yayılıb.
Məlumatda bildirilir ki, ötən axşam İslamşəhr bölgəsində ailəsini dolandıra bilmək üçün işləyən azyaşlı uşaq zibil qutusundan tullantıları yığarkən avtomobilin onu vurması nəticəsində həyatını itirib.
Bizim.Media