İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azad İran teleqram kanalında yayılıb.
O, bildirib ki, Moskvaya səfərin əsas məqsədi Tehranın müraciəti əsasında Ukraynadakı böhranı həll etməyə çalışmaqdır:
“Bəzi qərb tərəfləri Tehranın bu məsələdə fəal rol oynamasını istəyir”.
Bizim.Media