“Ukraynanın bərpası üçün 800 milyard dollara qədər vəsait tələb oluna bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Fransa Müəssisələr Hərəkatına” (MEDEF) müraciətində deyib.
“Ölkənin bərpası üçün təxminən bu məbləğ tələb olunur. Hazırda prioritetimiz Ukraynanın təhsil, liman, nəqliyyat və yaşayış sahəsindəki infrastrukturun bərpasıdır” – deyə ölkə başçısı qeyd edib.
Bizim.Media