Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsinə zərbələr endirib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terekov bildirib. Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 5 mülki şəxs həlak olub, 7 nəfər yaralanıb.
Mer əlavə edib ki, raket zərbələri 5 mərtəbəli yaşayış binasının yaxınlığına, eyni zamanda məktəbəqədər təhsil müəssisələrindən birinə düşüb.
İqor Terexovun sözlərinə görə şəhərin mərkəzi də artilleriya atəşinə tutulub.
Bizim.Media