Finlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama yayıb.
“İlin sonuna qədər Rusiyadakı bütün ofislərimizi bağlayacağıq”, - deyə açıqlamada bildirilib.
Lakin “Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək. Həmçinin, İsveçin “Ericsson” şirkəti də yaxın aylarda Rusiyadakı fəaliyyətini məhdudlaşdıracaq.
Bizim.Media