İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı ölənlərin sayı artıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, İraq Səhiyyə Nazirliyi hadisələr zamanı 10 nəfərin öldüyünü, 200-nün isə yaralandığını açıqalyıb.
Ölənlər arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.
Qeyd edək ki, İraqda dini liderlərdən olan Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bundan sonra Bağdadda bir qrup etirazçı Prezident Sarayına hücum edib.
Bizim.Media