Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, şəhərin meri Oleksandr Senkeviç şəhərdə dağıntı və tələfat olduğunu bildirib.
"Rusiya qüvvələrinin şəhərdəki bir neçə yaşayış binasına endirdiyi zərbələr nəticəsində 2 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb".
Şəhər meri vətəndaşları sığınacaqlarda qalmağa çağırıb. O qeyd edib ki, yeni hava hücumları gözlənilir.
Bizim.Media