İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədr tərəfdarları Prezident Sarayından çıxarılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Qeyd edək ki, Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bundan sonra Bağdadda bir qrup etirazçı Prezident Sarayına hücum edib.
Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.
Bizim.Media