ABŞ Ermənistana 60 milyon dollar ayırmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının 2023-cü il üçün Təxsisatlar Komitəsinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Ermənistan üçün nəzərdə tutulan 60 milyon dollar ölkənin iqtisadi inkişafına, özəl sektorun məhsuldarlığının artırılmasına, enerji müstəqilliyinə, demokratiyanın inkişafına və qanunun aliliyinin təmin edilməsinə yönəldiləcək.
Həmçinin, Komitə ikinci Qarabağ müharibəsinin nəticələrindən, təhlükəsizliklə bağlı humanitar problemlərin həllindən, əhalinin mənzillə, ərzaq və su ilə təmin olunmasından narahat olduğunu bildirib.
Bizim.Media