Rusiya ordusunda hərbi təhsili və təcrübəsi olmayan müdafiə naziri Sergey Şoyqunu ələ salırlar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniya kəşfiyyatı əldə edib.
Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi hesabatda qeyd edilir ki, müharibədə üzləşdiyi problemlərə görə Sergey Şoyqu hərbi komandanlıqdan uzaqlaşdırılıb.
Əməliyyat komandirləri müharibənin gedişatı barədə birbaşa prezident Putinə məlumat verirlər.
"Şoyqu hərbi təcrübəsi olmayan şəxs kimi getdikcə reputasiyasını sarsıdır, çünki o, karyerasının böyük hissəsini tikinti sektorunda və Fövqəladə Hallar Nazirliyində keçirib", -xülasədə deyilir.
Bizim.Media