Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik qüvvələri ilə gizli görüş keçirib. Onlar cəbhədəki vəziyyəti və Ukrayna ordusunun ehtiyaclarını müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna prezidentinin ofisinə istinadən yayıb.
İclasda Silahlı Qüvvələrin, kəşfiyyat, müdafiə və daxili işlər nazirliklərinin, təhlükəsizlik xidmətinin və digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
“Gizli” rejimdə keçirilən görüşdə cəbhədəki vəziyyətlə bağlı operativ məlumatlar dinlənilib, təhlükəsizlik və müdafiənin digər məsələlərinə baxılıb. Ordunun təminatı və tərəfdaşlarla koordinasiya məsələləri də müzakirə edilib.
Bundan əlavə, Zelenski və təhlükəsizlik qüvvələri əvvəlki əmrlərin icrasını nəzərdən keçiriblər.
Bizim.Media