Hyuston şəhərində (Texas, ABŞ) atışma nəticəsində azı 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
Keçmiş polis zabiti ilə atışmada öldürülən şübhəlinin meyiti də daxil olmaqla, hadisə yerində dörd nəfərin cəsədi tapılıb.
Hadisə gecə saatlarında təcavüzkarın binanı yandırması və daha sonra binadan çıxan insanlara atəş açması ilə baş verib.
Hazırda iş dairə prokurorluğu və Hyuston polis idarəsi tərəfindən araşdırılır.
Bizim.Media