Çin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu, ABŞ-a məxsus iki hərbi gəminin Tayvan boğazından keçməsindən sonra baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” Çinin hk01 nəşrinə istinadən yayıb.
Bu açıqlama ilə Çin Xalq Azadlıq Ordusunun döyüş komandanlığının şərq zonasının nümayəndəsi Şi Yi çıxış edib:
“Döyüş Komandanlığının Şərq Bölgəsi Amerika kreyserlərinin müşayiətini həyata keçirib və onların fəaliyyətinə tam nəzarət edib. İstənilən təxribatın qarşısını vaxtında almaq üçün komanda bölmələri yüksək döyüş hazırlığı vəziyyətindədir”.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki “Antietam” və “Chancellorsville” gəmisi Tayvan boğazından keçib.
Belə manevrlər Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taybeyə mübahisəli səfərindən sonra ilk dəfə həyata keçirilir.
Bizim.Media