Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Söhbət zamanı Türkiyə lideri Pakistanda sel fəlakətinin doğurduğu fəsadlarla bağlı təəssüfləndiyini qeyd edib.
O, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyərək, hər zaman olduğu kimi bu çətin gündə də qardaş Pakistan xalqına hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Bizim.Media