Monteneqronun Budla şəhərindəki oteldə kütləvi zəhərlənmə qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, oteldə qalan 96 turist qidadan zəhərlənib.
Zəruri tibbi yardımdan sonra turistlər xəstəxanadan buraxılıb. Qidadan zəhərlənənlər Polşa, İtaliya və Xorvatiya vətəndaşları olub.
Faktla bağlı yerli polis araşdırma aparır.
Bizim.Media