Tunisdə hökumətin antiböhran tədbirləri bir sıra mağazalar və yanacaqdoldurma məntəqələrində uzun növbələr yaradıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ərzaq mağazalarında müştərilərə bəzi məhsullar məhdud sayda satılır.
Buna səbəb anbarlarda bir çox məhsulların tükənməsidir.
Eyni zamanda, yanacaqdoldurma məntəqələrində də beznin və dizel yanacağı tapmaq çətinləşib.
Qeyd edək ki, 2022-ci ilin yayında Tunis hökuməti taxıl alışını maliyyələşdirmək üçün iki beynəlxalq yardım alıb.
Bizim.Media