Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) gələn həftə "Zaporojye" Atom Elektrik Stansiyasına (AES) gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, AEBA-nın direktoru Rafael Qrossi rəhbərlik edəcəyi nümayəndə heyətinə neytral ölkələrdən daha 13 ekspert qatılacaq.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən "Zaporojye" AES hazırda Rusiya ordusunun nəzarətindədir.
Bizim.Media