Rusiya hərbçiləri Ukraynaya məxsus "MiQ-29" qırıcısını vurub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
O bildirib ki, Ukrayna təyyarəsi Rusiya Aerokosmik Qüvvələrinin pilotları tərəfindən Malinovka ərazisində aşkarlanıb. Bundan əlavə, hərbçilər "Buk-M1" özüyeriyən atəş sistemini də məhv ediblər.
Bizim.Media