Kanadanın Toronto şəhərində meningokok infeksiyası sürətlə yayılmağa başlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda 20-30 yaşlı üç nəfər xəstəxanaya yerləşdirilib, xəstələrdən biri dünyasını dəyişib.
Bu şəxslərin hamısı Kanadadan kənarda, xəstəliyə qarşı immunizasiyanın mövcud olmadığı ölkələrdə yoluxublar.
Bizim.Media