Bu gün ABŞ və Ukrayna prezidentləri Co Bayden ilə Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə V.Zelenski "Twitter" hesabında paylaşım edib.
"ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - V.Zelenski yazıb.
Qeyd edək ki, prezidentlər arasında sonuncu telefon danışığı iyunun 15-də olub.
Bizim.Media

