Türk sənət musiqisinin “kralı”, müğənni İbrahim Tatlıses qəzadan sonra ilk açıqlamasını verib.
Bizim.Media xəbər verir ki, xəstəxanaya yerləşdirilən sənətçi səhhətinin yaxşı olduğunu bildirib.
“Zəng edən, mənimlə maraqlanan hər kəsdən Allah razı olsun. Axşam görüşmək ümidiylə”.
Qeyd edək ki, İ.Tatlıses bu gün Bodrumda qızı ilə birgə ağır qəzaya düşüb.
Rəşad Əliyev, Bizim.Media