Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayını 137 min nəfər artıraraq 1,15 milyon nəfərə çatdırmağı tapşırıb.
Bizim.Media xəbər verir ki, sənəd rəsmi internet portalında dərc olunub.
Sənəddə deyilir: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayı 2 milyon 39 min 758 vahid, o cümlədən 1 milyon 150 min 628 hərbi qulluqçu təşkil etsin”.
Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Bizim.Media
