Həmədanlıların suyun kəsilməsinə etiraz olaraq keçirdiyi nümayişlər zamanı polislər bir qadını vəhşicəsinə döyüblər.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, zərbələrdən huşunu itirən xanımı ətrafdakı insanlar normal vəziyyətə gətirməyə çalışıblar.
Qadının döyülməsinə insanlarn reaksiyasından qorxan polislər ətrafdakıları dağıtmağa çalışıblar. Amma camaat onlara məhəl qoymayaraq öz yerində qalıb.
Bir polis zabiti döyülən qadına yardım edən mağaza sahibinə mağazasına baxmağı tələb etsə də, insanlar polis əməkdaşının sözlərinə məhəl qoymayaraq öz yerində dayanıblar.
Qeyd edək ki, Həmədanda etirazlar zamanı qadının döyülməsi videosu sosial şəbəkələrdə geniş yayılıb.
Bizim.Media