Almaniya rəsmi Kiyevə dəyəri 500 milyon avrodan çox silah göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Röyters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
“Almaniya Ukraynaya daha 3 ədəd İRİS-T hava hücumundan müdafiə sistemi, onlarla zirehli maşın, 20 raket buraxılış qurğusu və dron əleyhinə sistemlər vermək niyyətindədir”, - deyə məlumatda bildirilib.
Lakin silahların bir hissəsinin 2023-cü ildən tez verilməyəcəyi vurğulanıb.
Bizim.Media